Ağdaban faciəsi

Ağdaban soyqırımı 1992-ci il aprel ayının 8-də baş verən, tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri hesab edilir. Bu hadisə Azərbaycanın gözəl güşəsi olan Qarabağın qala qapısı Kəlbəcəri ələ keçirmək üçün erməni seperatçılarının “Böyük Ermənistan” yaratmaq xülyasıyla Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqrım faktıdır.

Ağdaban soyqırımı bütöv bir kəndin tamamilə yandırılması, yüzlərlə dinc sakinə qeyri-insanı işkəncələr verilməsi, yurdundan didərkin salınması ilə müşaiyyət olunan insanlıq əleyhinə olan ən böyük cinayətdir.

1992-ci il aprel ayının 8- də səhərə yaxın erməni quldurları Ağdaban yalındakı gözətçi məntəqəsinə qalxıb, burada keşik çəkən 3 nəfəri qətlə yetirdilər. Onlar kəndin üst yanındakı bənd-bərələrə dolub səhər saat 6-da silahlarla nərilti qoparmağa başladılar. Qəfil yuxudan qalxan kənd camaatı çaş–baş qaldı.
Erməni qarətçiləri planlı surətdə hərəkət edirdilər. Evləri kimlər qarət edəcək, mal-qaranı kimlər aparacaq, əliyalın insanları kimlər əsir götürəcək, müqavimət göstərənləri kimlər qətlə yetirəcək kimi tapşırıqlar əvvəlcədən müəyyənləşdirilmişdi. Belə bir vəziyyətdə 1992-ci il aprel ayının 8-də Ağdərə rayonunun Capar kəndi istiqamətindən Dədə Şəmşrin kəndi Çayqovuşan və Ağdaban kəndlərinə erməni quzğunları hücum etdi. Erməni quldurları tərəfindən kənd sakinləri amansızcasına öldürüldü, kənd evlərinin əksəriyyəti yandırıldı və qarət edildi. Aşıq Şəmşrin evi və zəngin arxivi od vurulub külə döndərildi. Ağdaban faciəsi Kəlbəcərin qəm dastanının ən kədərli səhifəsinə çevrildi.

 

https://www.youtube.com/watch?v=mg0QLTrY7rQ

https://www.youtube.com/watch?v=5bThzlQi0nk

https://www.youtube.com/watch?v=KvbOVFSmObE

https://www.youtube.com/watch?v=np4JfU69rN0